"Qənirə Paşayeva Türk dünyasında xüsusilə sevilirdi".
E-huquq.az-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən millət vəkili Şamil Ayrım jurnalistlərə açıqlamasında bildirib.
O, Qənirə Paşayevanın ölümündən çox kədərləndiyini deyib: "Onun fəaliyyəti haqda çox şey demək olar. Xüsusilə, Vətən müharibəsi dövründə gördüyü işlər təqdirəlayiqdir. Biz onun sağalacağını gözləyirdik. Bir möcüzə olsun deyə dualar edirdik, amma təəssüf ki, möcüzə baş vermədi. Bu gün hamımız kədər içindəyik. Azərbaycan xalqının, Türk dünyasının başı sağ olsun!".
Şəbnəm Mehdizadə
