Məzmuna keç

“Bəlkə də Qənirə hiss edirdi, nələrinsə yarımçıq qalmasından qorxurdu”

"Biz Qənirə xanımla tez-tez telefonla danışır, tədbirlərdə görüşürdük. Lakin onunla səhhəti barədə heç vaxt danışmamışdıq. Qənirə Paşayeva acılarını başqalarına hiss etdirən xanım deyildi".

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.

"Bizim müzakirəmiz millət, vətən barədə olurdu. Qənirə çox enerjili insan idi. Bəlkə də o hiss edirdi, nələrinsə yarımçıq qalmasından qorxur, çox çalışırdı. Düşünürəm ki, onun sürətinə kimsə çata bilməzdi. Şükür ki, Qənirə xanım ən azından Qarabağın azad olunmasını gördü. Uğrunda savaş verdiyi millətin torpağının erməni işğalından azad olduğunu gördü. Vətən müharibəsində də cəbhə bölgəsində idi. Qənirə xanım bir davaya baş qoymuşdu, o davanın yolunda fəda oldu. Böyük itkidir. Məkanı cənnət olsun!" – deyə o qeyd edib.

Şəbnəm Mehdizadə