Məzmuna keç

Prezident: “Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik”

"Azərbaycan 10 ildən artıqdır ki, beynəlxalq kosmos klubunun üzvüdür. Bu gün bizim iki telekommunikasiya və bir Yer səthinin müşahidəsi peykimiz var".

E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında söyləyib.

Dövlətimizin başçısı bildirib: "Biz bu sahəni Azərbaycanda inkişaf etdirməyə davam edirik".