Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Vaqif Sadıqov erməni radikallarının “Azərbaycan səfirliyinə qarşı mümkün zorakılığını” qabaqladığına görə Brüsselə təşəkkür edib.
E-huquq.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.
“Oktyabrın 1-də erməni ekstremistlərinin Azərbaycan səfirliyinə qarşı mümkün zorakılığının qarşısının alınması üçün lazımi ehtiyat tədbirlərinin görülməsinə görə Belçika Xarici İşlər Nazirliyinə və Brüsselin Montqomeri Polis Bölməsinə minnətdarlığımızı bildiririk. Çox sağ olun!”, – səfir qeyd edib.
Xatırladaq ki, daha öncə Sadıqov Belçikada məskunlaşan “ekstremist erməni diasporu təşkilatlarının” paytaxt Brüsseldəki Azərbaycan səfirliyi qarşısında zorakılığa əl atacağını açıqlamışdı.
