SOCAR "Azəriqaz" İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə "Açıq mikrofon" aksiyası çərçivəsində sahibkarlarla Beyləqan rayonunda görüşü təşkil olunacaq.
E-huquq.az "Azəriqaz"a istinadən xəbər verir ki, aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq.
"Səyyar qəbul otağı" oktyabrın 4-də saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
