Məzmuna keç

Ağcabədi Rayon İcra Hakimiyyəti 257 min manatlıq sifariş verdi

Ağcabədi Rayon İcra Hakimiyyətinin Ağcabədi şəhəri H.Əliyev parkında, H.Əliyev prospektində və şəhərin digər küçə və prospektində abadlıq və təmir işlərinin satın alınması ilə bağlı elan etdiyi tender yekunlaşıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "M-House Construction" MMC olub.

Məlumata görə, qalib şirkətə 257.178,28 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə