Məzmuna keç

Güney azərbaycanlı hüquq müdafiəçisi Nobel Sülh mükafatına layiq görüldü

Güney azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.

E-huquq.az xəbər verir ki, bu barədə məlumatı Norveç Nobel Komitəsi yayıb.

O, “qadınlara qarşı zorakılıqla mübarizəsinə”, eləcə də “hər kəs üçün insan hüquqları və azadlığının təşviqi uğrunda apardığı mübarizəyə” görə bu mükafatın qalibi olub.

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. O, insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı fəaliyyətlərinə görə İran rəhbərliyi tərəfindən 13 dəfə saxlanılıb. Məhəmmədi 5 dəfə mühakimə olunub və ümumilikdə 31 il azadlıqdan məhrum edilib. Hüquq müdafiəçisi hazırda həbsdədir.