Məzmuna keç

Dövlət Miqrasiya Xidməti 13 min manatlıq sifariş verdi

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qurumun inzibati binasının fasadının yenidən üzlənilməsi işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Kare Proje Consulting" MMC olub.

Məlumata görə, qalib şirkətə 12.730,56 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə