Məzmuna keç

Ərdoğanın köməkçisi YAP nümayəndə heyətini qəbul etdi

Türkiyə Prezidentinin köməkçisi Cevdet Yılmaz oktyabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə C.Yılmaz “X”də yazıb.

“Mən Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinə xoş səfərə görə təşəkkür etmək istəyirəm”, – paylaşımda bildirilib.

Qeyd edək ki, Tahir Budaqovun başçılıq etdiyi YAP nümayəndə heyəti Türkiyədə səfərdədir. Onlar bundan öncə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüblər.