Nazirlər Kabinetinin Aparatında yeni kadr təyinatı olub.
Bu barədə e-huquq.az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamla Asəf Həsənov Nazirlər Kabineti Aparatının Ümumi şöbəsinin müdiri təyin edilib.
