Gəncə şəhərinin Gülüstan qəsəbəsində təşkil olunan "Səyyar qəbul otağı"nda ən çox səslənən müraciət fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı olub.
Bu barədə e-huquq.az "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Vətəndaşlara məlumat verilib ki, Birliyin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.
Müraciətlərin digər bir qismi isə qaz xəttinin yerinin dəyişdirilməsi və sayğacın yenisi ilə əvəzlənməsindən ibarət olub. Ünvanlanan müraciətlər qeydə alındıqdan sonra problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
