HƏMAS-ın hücumları nəticəsində İsraildə 4 Azərbaycan əsilli şəxs həlak olub.
E-huquq.az xəbər verir ki, həmin şəxslərin adları açıqlanıb:
Şamil Abbasov – İsrail vətəndaşı;
Emin Axundov – İsrail vətəndaşı;
Roman Qandel – İsrail vətəndaşı;
Elkin Nəzərov – İkili vətəndaş (Azərbaycan-İsrail).
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.
