Məzmuna keç

Türkiyənin 8 vilayətində terrorçulara qarşı əməliyyat keçirilib, saxlanılanlar var

Türkiyənin 8 vilayətində PKK/KCK-PYD/YPG terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az xəbər verir ki, Şanlıurfa Prokurorluğunun təlimatı ilə Jandarma Komandanlığının Terrorla Mübarizə İdarəsinin qrupları tərəfindən Şanlıurfa, Adana, Antalya, Bursa, Batman, Qaziantep, Mardin və Osmaniyedə keçirilən əməliyyatlar çərçivəsində 8 şübhəli şəxs saxlanılıb.

Əməliyyat zamanı, həmçinin xeyli sayda rəqəmsal material ələ keçirilib.

Saxlanılan şəxslərlə bağlı jandarmada müvafiq əməliyyatlar davam etdirilir.

Şəbnəm Mehdizadə