Məzmuna keç

Samuxda “Səyyar qəbul otağı” quruldu –

SOCAR "Azəriqaz" İB-nin bölgələrdə təşkil etdiyi "Səyyar qəbul otağı"nın növbəti ünvanı Samux rayonu olub.

E-huquq.az xəbər verir ki, rayonun Qarayeri qəsəbəsində bir araya gələn sahibkarlardan yalnız 5-i öz müraciətini ünvanlayıb.

Birliyin fəaliyyətindən razı qalan sahibkarlar isə il ərzində özlərinin yaratdığı problemin həllində köməklik istəyiblər.

Daha dəqiq desək, istehlak edilən qaza görə yaranmış debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsi istəyi mikrofon önündə səslənən müraciətlərin məğzini təşkil edib.

Gəncə RQİİ-nin rəhbər şəxsləri sahibkarların istəklərinə hər il olduğu kimi bu il də Birliyin səlahiyyətləri çərçivəsində baxılacağını bildiriblər.