Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda keçiriləcək MDB sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüş keçirməyi planlaşdırır.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti “Rusiya enerji həftəsi”nin plenar iclasında deyib.
“Mən MDB-nin Qırğızıstanda keçiriləcək sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüşəcəyəm”, – o bildirib.
