Məzmuna keç

Ağstafanın icra başçısı vəzifəsindən azad edildi – SƏRƏNCAM

Ağstafanın icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Nizaməddin Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, sərəncamla Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov korrupsiya əməllərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.