Məzmuna keç

Vladimir Putin Azərbaycan sərhədinədək olan yolun açılışında iştirak etdi

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 16-da Azərbaycan sərhədinədək uzanan yolun açılışında iştirak edib.

E-huquq.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

V.Putin videokonfrans vasitəsilə Dağıstandan keçən və Azərbaycan sərhədinə kimi gələn “Qafqaz” yolunun açılışını edib.

Rusiya Prezidenti bu yolun “Şimal-Cənub” dəhlizinin inkişafında mühüm rol oynadığını və Azərbaycan Prezidenti ilə dəhlizin tikintisi məsələlərini müzakirə etdiyini bildirib.