Məzmuna keç

DGK əməkdaşları Gürcüstandan Azərbaycana pirotexniki vasitələrin keçirilməsinin qarşısını aldı

DGK əməkdaşları Gürcüstandan Azərbaycana pirotexniki vasitələrin keçirilməsinin qarşısını aldı 

Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb.

E-huquq.az xəbər verir ki, sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Baxış zamanı isə avtomobilin döşəməsindəki xüsusi düzəldilmiş gizli saxlanc yerində 510 qutu "Demi Wolf" və "Whistling Moon Travellers" markalı pirotexniki vasitələr aşkar olunub.

***

Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin alt hissəsində 277 qutu "Corsair" və "Mega Piratka" markalı pirotexniki vasitə, 240 ədəd "Red Stars With Report" və "Sterminator" markalı fişənglər aşkarlanıb.

***

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Ford Transit" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəqliyyat vasitəsinin salonunda – torpedonın və salondakı döşəkçənin içərisində gömrük nəzarətindən gizlədilən 4872 ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkarlanıb.