"2023-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 415 məscid və dini məbədlərə təbii qazdan əvəzsiz istifadə üçün 5000 kub metr illik limit verilib".
E-huquq.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında məlumat verib.
“Azərbaycan tolerant ölkədir. Ölkəmizdə dinlərə qarşı ayrı-seçkilik yolverilməz haldır. Bu da dövlətimizin müxtəlif dinlərə göstərdiyi diqqətin göstəricilərindən biridir” – deyə E.Vəliyev əlavə edib.
Şəbnəm Mehdizadə
