Məzmuna keç

Sədəf kəndində aparılan qazlaşma işləri tamamlanmaq üzrədir –

SOCAR “Azəriqaz” İstehsalat Birliyi Qobustan rayonunun Sədəf kəndində aparılan qazlaşma işlərində artıq son tamamlanma işləri həyata keçirilir.

E-huquq.az xəbər verir ki, Birliyin həyata keçirdiyi qazlaşma işləri Şamaxı rayonunun Çuxuryurd kəndində də davam edir.

Ancaq Sədəf kəndindən fərqli olaraq burada genişlənmiş ərazinin qazlaşdırılması işləri aparılır. Və təxminən 30-a yaxın fərdi yaşayış evini mavi yanacaqla təchiz edəcək qaz xəttində son tamamlanma işləri görülür.

Qeyd edək ki, SOCAR “Azəriqaz” İB-nin bölgələrdə həyata keçirdiyi qazlaşma işləri plana uyğun olaraq mərhələli şəkildə yerinə yetirilir.