Məzmuna keç

Gədəbəy Rayon İcra Hakimiyyəti 588 min manatlıq sifariş verdi

Gədəbəy Rayon İcra Hakimiyyətinin Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi “Birlik-23” MMC olub.

Məlumata görə, qalib şirkətə 588.378,38 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə