"Azərsu" ASC-nin qurumun daxili vəsait hesabına müxtəlif ölçülü polad və polietilen borular üçün xamutların satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurulub.
E-huquq.az xəbər verir ki, tenderin qalibi "Polimart" MMC olub.
Məlumata görə, qalib şirkətə 211.363,25 manat vəsait ödəniləcək.
Şəbnəm Mehdizadə
