Bu gün Əbu-Dabidə veteranlar arasında cüdo üzrə dünya çempionatı start götürüb.
E-huquq.az xəbər verir ki, Azərbaycana ilk qızıl medalı "Judo Club 2012"nin rəhbəri, Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Azər Əsgərov qazandırıb. 55-59 yaş arası cüdoçular arasında 100 kq-dan yuxarı çəki dərəcəsində A.Əsgərov Moldova, Macarıstan və Səudiyyə Ərəbistanından olan rəqiblərini məğlub edib.
Qeyd edək ki, A.Əsgərov əvvəllər veteranlar arasında keçirilən beynəlxalq yarışlarda medallar qazanıb.
Azərbaycan dünya çempionatında 50 cüdoçu ilə təmsil olunur. Komanda dəfələrlə dünya və Avropa çempionu Fərhad Rəcəblinin rəhbərliyi altında çıxış edir.

