2024-cü ildə sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması nəzərdə tutulur.
E-huquq.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsinin 1 000 manatdan 2 500 manata qaldırılması, fiziki şəxs olan istehlakçıların ödədiyi ƏDV-nin geri qaytarılmasına görə əldə olunan gəlirlərin rəsmi şəkildə vergidən azad edilməsi nəzərdə tutulur.
