Məzmuna keç

Azərbaycan KİV-ləri gələn il büdcədən 65 milyon manat subsidiya alacaq

2024-cü ildə Azərbaycanda kütləvi informasiya vasitələrinin, o cümlədən “Azərbaycan Televiziya vəRadio Verilişləri” QSC-nin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin fəaliyyətinin təmin olunması məqsədilə 64,9 milyon manat maliyyə yardımı (subsidiya) nəzərdə tutulur.

E-huquq.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,2 % çoxdur. Artım əsasən AZTV-nin vergi öhdəlikləri üzrə xərclərlə bağlıdır.