"Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası İmişli rayonunun Muradalılı kəndində keçirilib.
E-huquq.az quruma istinadən xəbər verir ki, aksiyada iştirak edənlər qaz xəttinin yerinin dəyişdirilməsi, debitor borcun araşdırılması, Muradalılı kənd orta məktəbinin qazlaşdırılması və digər məsələlərlə bağlı müraciətlər ünvanlayıb.
"Səyyar qəbul otağı"nda ümumilikdə 8 sakin qaz təchizatında üzləşdiyi problemləri səsləndirib. Mikrofon önünə çıxan Şamil Cəbrayılovun daşıyıcı qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətinə isə yerində baxış keçirilib.
Bütün müraciətlər dinlənilib qeydə alındıqdan sonra Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən vətəndaşlara səsləndirdikləri müraciətlər barədə ətraflı izahatlar verilib.
