Məzmuna keç

Ceyhun Bayramov Buxarestdə Heydər Əliyevin abidəsini ziyarət etdi –

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Buxarestdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

E-huquq.az xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.

Məlumata görə, XİN başçısı müdrik siyasəti ilə Azərbaycan-Rumıniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına səbəb olan Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edərək abidəsi qarşısına əklil qoyub.