Məzmuna keç

Armen Qriqoryan: “Ermənistan-Azərbaycan danışıqları Brüssel və ya Vaşinqtonda baş tuta bilər”

Ermənistan-Azərbaycan danışıqları tezliklə Brüssel və ya Vaşinqtonda baş tuta bilər.

E-huquq.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mediaya müsahibəsində bildirib.

“ABŞ dövlət katibinin xüsusi nümayəndəsi Lui Bononun regiona səfərinin məqsədlərindən biri də Vaşinqtonda görüş təşkil etməkdir” – Qriqoryan vurğulayıb.

Mənbə: APA