Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Avrasiya xəritəsində ən uzanmış münaqişələrdən birinin həlli üçün model yaradıb. Prezidentin köməkçisinin fikrincə, hazırda regionda yeni reallıqlar yaranıb.
