"2003-cü ildən bu günə qədər xaricdə təhsil almış 32 mindən çox şəxsin diplomu tanınıb".
E-huquq.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması: prosedurlar və diqqət yetirilməli məqamlar” adlı konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, noyabrın 15-nə olan məlumata görə, bu gün 6 144 sənəd ekspertizadadır, bu rəqəm ötən illə müqayisədə 74 % çoxdur.
