Noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Tələbə Gənclər Təşkilatının (TGT) Hüquq Klubu və "Yusif Allahverdiyev və Partnyorları" Vəkil Bürosunun təşkilatçılığı ilə Hüquqi Debat müsabiqəsi təşkil olunacaq.
E-huquq.az xəbər verir ki, 2 nəfərdən ibarət komandalar arasında keçiriləcək müsabiqə zamanı iştirakçılar əvvəlcədən təqdim olunmuş mövzular əsasında debat aparacaq, öz arqumentlərinizi təqdim edərək və əsaslandıraraq mübarizə aparacaqlar.
Müsabiqə iştirakçılarda öz fikirlərinizi aydın ifadə etmək, auditoriya qarşısında çıxış etmək kimi bacarıqlar yaradacaq və inkişaf etdirəcək.
Müsabiqədə I və II yeri tutan komandalara dəyərli mükafatlar və sertifikatlar təqdim olunacaq.
Mükafat olaraq, müsabiqənin qalibi olan komanda 100 AZN, II yeri tutan komanda isə 50 AZN qazanacaq.
Tarix: 26.11.2023
Saat: 11:00
Məkan: Mogan Hotel
Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər.
