Mərkəzi Gömrük Hospitalı (MGH) ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Hospitaldan e-huquq.az-a bildirilib ki, müqaviləyə əsasən, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Azərbaycan Tələbə Kartı”na sahib olan üzvlərinə Mərkəzi Gömrük Hospitalında ambulator xidmətlərə 50 faiz endirim və stasionar xidmətlərə 30 faiz endirim tətbiq olunub.
Qeyd edək ki, hazırda ATGTİ-nin 50 min gənc üzvü bu karta sahibdir.
