Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin YAP-ın qərargahında keçirilən iclası başa çatıb.
E-huquq.az xəbər verir ki, YAP İdarə Heyəti üzvlərinin iştirak etdiyi iclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunub.
***
12:12
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir.
E-huquq.az xəbər verir ki, iclasda 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur.
İclasdan sonra hakim partiyanın deputatlığa namizədlər siyahısı açıqlanacaq.
