Məzmuna keç

Milli Məclis sədri Berlində səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Almaniya Federativ Respublikasında rəsmi səfərdədir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən e-huquq.az-a verilən məlumata görə, səfər çərcivəsində Milli Məclisin sədri Sahibə Qafarova paytaxt Berlində yerləşən "Gallery Berlin"də təşkil olunan "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəni irsi" adlı fotosərgi ilə tanış olub.

Sonra Azərbaycan parlament nümayəndə heyətinin üzvləri – Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, deputatlar Elnur Allahverdiyev, Soltan Məmmədov, Elşən Musayev, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər sərgi ilə tanış olublar.

Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində olub. Azərbaycan parlamentinin spikeri burada Azərbaycan-Almaniya Forumunun üzvləri ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.