Məzmuna keç

Rusiyanın Baş naziri azərbaycanlı həmkarına zəng etdi

Rusiyanın Baş naziri Mixail Mişustin ilə Azərbaycanın Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.

E-huquq.az-ın məlumatına görə, bu barədə Rusiya Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, M.Mişustin Əli Əsədovu doğum günü münasibətilə təbrik edib.

“Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığını da müzakirə ediblər", – məlumatda qeyd edilib.

Söhbət zamanı tərəflər MDB məkanında qarşılıqlı əlaqələrin gücləndirilməsindən də danışıblar.