Məzmuna keç

Bu il 103 mindən çox yeni vergi ödəyicisi dövlət qeydiyyatına alınıb

Bu il 103 mindən çox yeni vergi ödəyicisi dövlət qeydiyyatına alınıb

Bu ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə proqnozdan 415 milyon manat artıq vəsait daxil edilib.

E-huquq.az-ın məlumatına görə, bu barədə nazir müavini Sahib Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, 11 ay ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 518 milyon manat çox olub.

“2019-cu ildə 103 mindən çox yeni vergi ödəyicisi dövlət qeydiyyatına alınıb. Ümumilikdə, vergi ödəyicilərinin sayı 1,055 milyon nəfər təşkil edib”, – nazir müavini qeyd edib.

S.Ələkbərov onu da bildirib ki, son 4 ayda kənd təsərrüfatı sahəsində uçotaalınma ilə bağlı da xeyli irəliləyiş olub: “Bu müddətdə 75 minə yaxın vergi ödəyicisi uçota alınıb. Bu da nəticə etibarilə vergi daxilolmalarının artmasına təsir göstərəcək”.

Mənbə: Report