Məzmuna keç

Vəkillər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdilər – FOTOLAR

Azərbaycan vəkillərinin peşə bayramı -

Azərbaycan vəkillərinin peşə bayramı – "Vəkil günü" münasibətilə Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

E-huquq.az xəbər verir ki, VK sədri Anar Bağırov başda olmaqla, kollegiya üzvləri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər qoyulub.

Daha sonra Şəhidlər xiyabanını ziyarət edən vəkillər Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini anıblar, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.