Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az xəbər verir ki, İstanbul Şəhər Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq zamanı İŞİD terror təşkilatının tərkibində fəaliyyət göstərən 8 şübhəli müəyyən edilib.
Prokurorluğun təlimatı ilə hərəkətə keçən polis əməkdaşları 8 şübhəlini yaxalayıb.
Şəbnəm Mehdizadə
