Məzmuna keç

Kürdəmir sakinindən sənədsiz ov tüfəngi aşkarlandı –

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi, eləcə də könüllü təhvil verilməsi ilə istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan e-huquq.az-a verilən məlumata görə, son iki gün ərzində rayon ərazisində aparılan tədbirlər nəticəsində bir nəfər Öyləqulu kənd sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.

Bundan əlavə, 3 nəfər rayon sakini isə qanunsuz olaraq saxladıqları odlu silahlarını könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.