Məzmuna keç

İraqda Türkiyənin hərbi qulluqçusu şəhid oldu

İraqın şimalında Türkiyənin hərbi qulluqçusu terrorçuların hücumu nəticəsində şəhid olub.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının üzvləri tərəfindən törədilən hücumda qəhrəman silahdaşımız leytenant Eril Alperen Emir şəhid olub”, – nazirliyin açıqlamasında nəql edilib.