Məzmuna keç

Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçir

Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçir

Dövlət Gömrük Komitəsi və onun qurumları, gömrük-sərhəd keçid məntəqələri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

DGK-dan E-huquq.az-a verilən məlumata görə, məqsəd gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, yarana biləcək sıxlığın qarşısının alınması, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsidir.