Məzmuna keç

“BakuBus”da yanğın baş verdi

Bu gün "BakuBus" MMC-yə məxsus olan 6 saylı xətt üzrə hərəkət edən avtobusda kondisionerin partlaması nəcisəində yanğın baş verib.

"BakuBus"dan e-huquq.az-a verilən xəbərə görə, hadisə bu gün saat 09:30 radələrində 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda texniki nasazlıq səbəbindən avtobuslarda mövcud avtomatik qoruma sistemi işə düşüb: "Sərnişinlər avtobusdan düşürdülmüş və avtobus qaraja yönləndirilmişdir. Dərhal avtobus qarajdan ehtiyat avtobusla əvəz edilmiş, marşrutun hərəkət qrafiki bərpa edilmişdir. Sərnişinlər arasında xəsarət alan yoxdur".