Məzmuna keç

Fazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər MSK-ya təqdim edildi

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

E-huquq.az xəbər verir ki, bu barədə F.Mustafa bildirib.

Onun sözlərinə görə, sənədlər bu gün MSK-ya təqdim edilib.

Qeyd edək ki, dekabrın 16-da Böyük Quruluş Partiyasının Ali Məclisi partiya sədri Fazil Mustafanın prezidentliyə namizədliyini irəli sürüb.