Məzmuna keç

Tofiq Rəfiyevə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi

Tofiq Rəfiyevə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi

Prezident İlham Əliyev T.Y.Rəfiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

E-huquq.az-ın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan müdafiə sənayesinin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Yusuf oğlu Rəfiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.