Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Böyük Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) nümayəndələri ilə görüşüb.
E-huquq.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X” sosial şəbəkəsində məlumat verib.
“Hikmət Hacıyev Londonda Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) nümayəndələri ilə fikir mübadiləsi aparıb”, – səfirin paylaşımında yazılıb.
E.Süleymanov həmçinin müzakirələrə moderatorluq etdiyinə görə RUSI-in Beynəlxalq Təhlükəsizlik Tədqiqatları üzrə direktoru Nil Melvinə təşəkkür edib.
