Məzmuna keç

Günel Quliyeva “Caspian Energy Club”un Özbəkistan və Gürcüstandakı sədri vəzifəsini icra edəcək

"Caspian Energy Club International"ın İdarəedici direktoru Günel Quliyeva "Caspian Energy Club"un Özbəkistan, Gürcüstan və klubun sədri olmayan digər ölkələrdəki nümayəndəliklərin sədri vəzifəsini icra edən təyin olunub.

E-huquq.az xəbər verir ki, bu barədə "Caspian Energy Club"un İdarə heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

"Caspian Energy Club International" "Caspian Energy Club"un fəaliyyətini davam etdirmək, sahibkarlar üçün networking platformasını genişləndirmək və müxtəlif ölkələrin iqtisadiyyatına tövhə vermək məqsədilə beş il ərzində dünyanın 100 ölkəsində fiziki nümayəndəliklərini açmağı planlaşdırır.

"Caspian Energy Club International"ın hal hazırda 14 ölkədə fiziki ofisi fəaliyyət göstərir. Həmçinin qeyd edək ki, Klub European Union Central Baltic LEF Network Azerbaijan proqramı çərçivəsində Latviya, Estoniya və Finlandiyanın Ticarət və Sənaye Palatalarının rəsmi tərəfdaşıdır.

Telman Əliyev Caspian "Energy Club Uzbekistan" ofisinin keçmiş sədri Tehran Əliyevə və "Caspian Energy Club Georgia" ofisinin keçmiş sədri Natiq Məmmədova vəzifələrini icra etdikləri dövrdə göstərdikləri yüksək fəallıq və peşəkarlığa görə təşəkkürünü bildirdi, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu etdi. O, həmçinin qeyd etdi ki, Tehran Əliyev və Natiq Məmmədovla iş birliyi digər istiqamətlərdə davam edəcəkdir.