Məzmuna keç

Baş prokuror: “Ulu öndər Hüquq fakültəsini tamamilə xalqın fakültəsinə çevirdi”

"Ulu öndər Hüquq fakültəsini tamamilə xalqın fakültəsinə çevirdi".

E-huquq.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin 95 illiyinə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi konfransda deyib.

Baş prokuror qeyd edib ki, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə Hüquq fakültəsinin əsas inkişaf istiqamətlərindən biri buraya tələbə kimi daxil olmaqda mövcud maneələrin aradan qaldırılması olub: "Ümummilli lider Heydər Əliyevə qədər Hüquq fakültəsinə daxil olanlar əsasən o dövrdə partiya və digər dövlət orqanlarının vəzifəli şəxslərinin övladları idisə, dahi lider bu bürokratik mexanizmi sındırdı, Hüquq fakültəsini tamamilə xalqın fakültəsinə çevirdi. Əsas məsələlərdən biri də, o dövrdə hüquq təhsili və elmi sahəsində çalışan alimlərin milliləşdirilməsi olub".