Məzmuna keç

Problemli kreditlərin həlli ilə bağlı 43 mindən çox məhkəmə işinə xitam verilib

Problemli kreditlərin həlli ilə bağlı 43 mindən çox məhkəmə işinə xitam verilib

"Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanının icrası çərçivəsində indiyə qədər 43,3 min məhkəmə işinə xitam verilib.

E-huquq.az "Report"a istinadən xəbər verir ki, bu sözləri AzTV-nin "Günün nəbzi" verilişinin efirində Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov deyib.

"Bu da vətəndaşların gərginliyinin azalması, onların sosial rifahının yenidən bərpa olunması deməkdir", – deyə o, qeyd edib.