Məzmuna keç

Mərkəzi Bankda 3 yeni baş direktor təyinatı

Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar gerçəkləşib.

E-huquq.az xəbər verir ki, müvafiq qərarlarla AMB-də 3 yeni baş direktor təyinatı aparılıb.

Belə ki, Mərkəzi Bankın Hüquq departamentinin direktoru Rəna Məlikova, AMB sədrinin müşavirləri Şahin Mahmudzadə və Rəşad Məmmədov Mərkəzi Bankın baş direktorları təyin ediliblər.