Məzmuna keç

Ermənistan Azərbaycanla şərti sərhəddə atəşkəsin pozulması barədə xəbərləri təkzib etdi

“Azərbaycan Silahlı Qüvvələrinin dekabrın 31-dən yanvarın 1-dək Ermənistan silahlı qüvvələrinin Zod kəndi istiqamətində atəş açması barədə KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil”.

E-huquq.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

O, habelə Azərbaycan tərəfinin bundan əvvəl diversiya cəhdi törətməyə çalışması barədə məlumatı da yalan adlandırıb.